Uncategorized

27 Sentyabr Anım Günü

By September 27, 2021 No Comments
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmiş və Vətən müharibəsində qalib olmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak ediblər.
27 Sentyabr Anım Günü.
Ruhunuz şad olsun!