Uncategorized

Bu gün xalqımız Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir.

By November 25, 2021 No Comments
Bu gün xalqımız Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Xatırladaq ki, üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq Kəlbəcər rayonu 25 noyabr tarixində işğalçı qüvvələrdən təmizlənərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir. 27 il davam edən işğaldan sonra ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin azad edilməsi Ali Baş Komandanımızın, Azərbaycan xalqının və onun baş tacı olan Milli Ordumuzun nəhəng tarixi zəfəri kimi yaddaşlara həkk olundu.
“AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı hər zaman dövlətin və xalqın yanında olan bir şirkət kimi “YAŞAT Fondu” və “Qarabağ Dirçəliş Fondu”na maddi dəstək göstərmişdir.
Qələbən mübarək Azərbaycan!
Qarabağ Azərbaycandır!