Uncategorized

Qarabağ Azərbaycandır!

By November 17, 2020 No Comments

Bu gün  həmin gündür…Azərbaycan xalqının  tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən  yazdı. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi  bu  müjdəli Qələbə xəbəri  bütün Azərbaycanı sevindirdi. Ermənistan  qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq  müharibəsində  məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması uğrunda başladığımız müqəddəs müharibənin böyük və ehtişamlı Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsidir!

“AZSERTCENTER” şirkəti bütün Azərbaycan xalqını Böyük qələbə münasibəti ilə təbrik edir! Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz bu qələbə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Təşəkkür edirik Cənab Ali baş Komandan! Təşəkkür edirik Azərbaycan əsgəri!

Qarabağ Azərbaycandır!