Uncategorized

Sertifikatlaşdırma üzrə orqan “AZSERTCENTER” MMC-nin əməkdaşları Belarus Respublikasının Minsk şəhərinə işgüzar səfərə ezam olunublar.

By December 15, 2021 No Comments

Sertifikatlaşdırma üzrə orqan “AZSERTCENTER” MMC-nin əməkdaşları Belarus Respublikasının Minsk şəhərinə işgüzar səfərə ezam olunublar. Səfər zamanı “AZSERTCENTER” sertifikatlaşdırma orqanının əməkdaşları Belarusiya Dövlət Standartlaşma və Sertifikatlaşdırma İnstitutunun sınaq laboratoriyalarının fəaliyyəti ilə tanış olmuş, məhsulların təhlükəsizlik parametrləri, elektromaqnit uyğunluğu, enerji səmərəliliyi, akustik ölçülər, iqlim təsirləri və s. baxımından sınaqlarının aparılması prosesində iştirak ediblər. 6 dekabr 2021-ci il tarixində Belarusiya Dövlət Standartlaşma və Sertifikatlaşdırma İnstitutu ilə “AZSERTCENTER” MMC arasında məhsulun “uyğunluğunun qiymətləndirilməsi” sahəsində birgə fəaliyyətlə bağlı müqavilə imzalanmışdır. Belarusiya Dövlət Standartlaşma və Sertifikatlaşdırma İnstitutunun direktoru Aleksandr Skuratov və AZSERTCENTER MMC-nin direktor müavini Zenfira Cəfərova “uyğunluğun qiymətləndirilməsi” sahəsində əməkdaşlığı öz imzaları ilə təsdiqləyiblər.

Employees of the certification body “AZSERTCENTER” LLC  have been on a business  visit in Minsk, Belarus. During the visit, employees of the certification body  “AZSERTCENTER” got acquainted with the activities of testing laboratories of the Belarusian State Institute of Standardization and Certification, in regards of safety parameters of products, electromagnetic compatibility, energy efficiency, acoustic measurements, climatic effects, etc. participated in the testing process. On December 6, 2021, the Belarusian State Institute of Standardization and Certification represented by Alexander Skuratov and  Zenfira Jafarova deputy director of “AZSERTCENTER”  LLC signed an agreement on cooperation in the field of  “product conformity assessment”.