Haqqımızda

“AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş uyğunluğun qiymətləndirilməsini həyata keçirən ilk sertifikatlaşdırma orqanıdır.

2015-ci ildən fəaliyyətə başlamış “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı yüngül sənaye, məişət avadanlıqları, kosmetik və gigiyenik məhsullar, ağac emalı materiallarının və eyni zamanda telekommunikasiya avadanlıqları, rabitə vasitələrinin radiotezlik, elektromaqnit uzlaşma və təhlükəsizlik göstəriciləri üzrə uyğunluğun qiymətləndirməsini həyata keçirir.

Bununla bərabər Azərbaycan Respublikasında ilk və yeganə orqandır ki, dünyanın inkişaf etmiş ölkələrinin  - Amerika Birləşmiş Ştatlarının “Bently Nevada, LLC”, “Dresser LLC”, İrlandiyanın “Baker Hughes EMEA Unlimited Company”, İtaliyanın “Dresser Italia S.r.l.”, “SIAC Strymentazioni S.p.A”, “Nuovo Pignone S.r.l.” və Fransanın “DRESSER-Produits Industriels S.A.S” kimi tanınmış zavodlarının istehsal sahələrində iştirak edərək 5-ci sxem üzrə qiymətləndirməni həyata keçirmişdir. Eyni zamanda 2015, 2018 və 2021-ci illərdə ümumilikdə 3 dəfə olaraq akkreditasiyadan keçmiş bir orqan olaraq öz üstünlüyümüzü daim sübut etmişik.   

Orqanımızda məhsulların (iş və xidmətlərin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək üçün  18 nəfərdən ibarət peşəkar ekspert-auditor qrupumuz fəaliyyət göstərir.

İşimiz – İstifadəçilərin maraqlarının qorunmasını təmin etmək üçün keyfiyyət anlayışını daha yüksək səviyyəyə çatdırmaq və ətraf mühit və insan sağlamlığı üçün tamamilə təhlükəsiz məhsulların istehsal və istehlakını təmin etməkdir.

“AZSERTCENTER” Sertifikatlaşdırma Orqanının və bütün işçilərinin əsas vəzifəsi yüksək keyfiyyətli xidmət göstərərək idxal və ya istehsal sahənizdə daim rəqiblərinizi geridə qoymağınıza yardım etməkdir.

Məqsədimiz - Beynəlxalq arenada (sektorda) ən yaxşı xidməti göstərmək və bu çərçivədə davamlı olaraq axtarılan bir qurum olmaqdan ibarətdir.

Biz öz uğurlarımızla və adımızla fəxr edirik, birinci yerdə isə bizim üçün müştərilərimiz və xidmətlərimizin keyfiyyəti durur. Şirkətimiz çalışır ki, göstərilən xidmətin dəyəri hər iki tərəf üçün əlverişli olsun. Biz haqlı olaraq sertifikatlaşdırma mərkəzi adlanırıq!

Bizə müraciət etməklə, məhsullarınızın uyğun qiymətlərlə peşəkar ekspertlər tərəfindən sertifikatlaşdırılmasına nail ola bilərsiniz. 2015-ci ildən fəaliyyət göstərərək  yeni uğurlara imza atan, müştəri rəğbətini qazanan və  ən sərfəli qiyməti təklif edən “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanının əməkdaşlıq etdiyi nüfuzlu şirkətlər arasında Siz də ola bilərsiniz!