Azərbaycan Respublikasının ərazisində avtomobillərin sertifikatlaşdırılması və ehtiyat hissələrinin yoxlanılması “Yol hərəkəti təhlükəsizliyi” qanununa uyğun olaraq mütləq şəkildə aparılır. Bütün nəqliyyat minik avtomobillərinə, yük maşınlarına və ictimai nəqliyyat vasitələrinə bölünür. Nəqliyyat vasitələrinin təsnifatı müəyyən əlamətlərə görə aparılır. Bu təsnifata görə nəqliyyat vasitələri aşağıdakı tiplərə bölünür:
-
Minik avtomobilləri – 3500 kq-dan çox olmayan çəkisi olan, sərnişinləri və baqajı daşımaq üçün nəzərdə tutulub. Minik avtomobilləri bağlı banla (sedan, limuzin, kupe, xeçbek, universal, furqon) və üstü açılan banla (kabriolet, rodster, lando) olurlar.
-
Yol kənarı maşını (offroad) — yoldan kənarda hərəkət üçün nəzərdə tutulub. Bu maşınlarda adətən bütün təkərlərdə ötürücü vardır.
-
Pikap—minik avtomobili və ya yol kənarı avtomobili bazasında yük-sərnişin modifikasiyalı, açıq platformalı, açılan arxa bortlu maşın. Yükdaşıma gücü 150-4500 kq arası.
-
Yarış maşını —xüsusi olaraq idman yarışları üçün, və sürət rekordları aşmaq üçün yaradılmış maşın.
-
Yük avtomobili – yük daşımaları üçün nəzərdə tutulmuş avtomobil. Yük şassilərində həmçinin xüsusi təyinatlı maşınlar da buraxılır.
-
Yüksək keçicilik qabiliyyəti olan avtomobil.
-
Çox yüksək yükdaşıma gücü olan avtomobil.
-
Avtobus — 8-dən çox sərnişin daşıyan maşın.
-
Elektromobil — hərəkət üçün öz akkumulyatorunun və ya batareyalarının elektrik enerjisini istifadə edən maşın.
-
Hibrid avtomobil – qənaətçil avtomobil, eyni zamanda həm elektrik, həm də ənənəvi daxili yanma mühərrikini istifadə edir
Avtomobillərin sertifikatlaşdırılması AR-da qüvvədə olan texniki reqlamentlər əsasında aparılır:
-
Təkərli nəqliyyat vasitələrinin təhlükəsizliyinə dair reqlament;
-
Atmosferə buraxılan zərərli tullantılar haqqında reqlament;
-
Nəqliyyat vasitələrində istifadə olunan yanacaqlara dair tələblər haqqında reqlament;
-
Qaz yanacağı ilə işləyən avtomobillər haqqında reqlament;
-
Avtomobil benzininə qoyulan tələblərə dair reqlament;
-
Avtomobil yollarının təhlükəsizliyinə dair reqlament.
Qanunun tələblərinə görə uyğunluğun qiymətləndirilməsi təkcə avtomobillərdən yox, həm də onların atmosferə buraxdığı zərərli maddələrdən, yanacaqdan asılıdır. Uyğunluğun təsdiqi mütləq bir neçə sertifikatlaşdırma orqanı tərəfindən aparılmalıdır. Dövlət reyestrində qeydiyyatda olan sertifikatlaşdırma orqanlarında mühərrikin ekoloji təmizlik sinifinə dair tələblərə görə uyğunluq sənədi tərtib edilə bilər. Avro tipli sertifikat ayrıca sənəd kimi tərtib edilir. İdxal avtomobilləri üçün sərhədi keçərkən mühərrikin təmizlik sinfi şəhadətnamədə və ya texniki pasportda göstərilə bilər, bu o halda mümkündür ki, bu informasiya artıq dövlətin ümumi bazasında yer almışdır. Əgər mühərrik tərəfindən atmosferə buraxılan zərərli maddələrin təmizlik sinfinə dair məlumat yoxdursa həmin avtomobilin dövlət qeydiyyatı mümkün deyil.