Sertifikatlaşdırma üzrə orqan “AZSERTCENTER” rabitə avadanlıqlarının sertifikatlaşdırılmasını həyata keçirir. Bu prosses Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq normativ-hüquqi aktlar əsasında aparılır.
Uyğunluq sertifikatının olması müəssisənin fəaliyyətinin effektivliyini təsdiq edir, istehsal edilən məhsulların təhlükəsizliyinə və keyfiyyətinə zəmanət verir, təşkilatın daxili və xarici bazarda rəqabət qabiliyyətinin artmasını təmin edir.
Simsiz rabitə vasitələrinin sertifikatlaşdırılması radio-elektron rabitə avadanlıqlarının uyğunluğunu təsdiq edən ən tələbatlı prosedurdur. Uyğunluğu yoxlanılması gərəkən ən yayılmış radio-elektron rabitə vasitələri kateqoriyaları aşağıdakılardır:
-
GSM, DECT, CDMA telefonlar, USB adapterin tərkibində GSM modemlər, GPS trekerlər v s.;
-
Kommunikatorlar (smartfonlar) və planşet kompüterlər GSM, WiWi, BT standart radio modullu;
-
Giriş nöqtələri və son avadanlıqlar 802.11a/b/g/n WiFi standartlı;
-
BT modullar; Simsiz klaviatura, mouse, az radiusda təsirli avadanlıqlar, 2,4 HHz tezlikdə səs ötürən;
-
Və digər rabitə vasitələri ilə təchiz edilmiş digər növ məhsullar, avadanlıqlar və ölçü vasitələrinin.
Yaranmış suallarla bağlı hər zaman Sizə yardım etməyə hazırıq.