Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparıla bilər.
-
Məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqlənməsidir.
Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir. Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.
-
Könüllü sertifikatlaşdırma – istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.
Könüllü sertifikatlaşdırma isə o hallarda aparılır ki, məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır. Könüllü sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, onlara məcburi təhlükəsizlik tələbləri şamil edilmir. Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, erqonomik, qənaətcillik və s. göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır. Bu zaman könüllü serifikatlaşdırma məcburi sertifikatlaşdırmanı əvəz etmir və onun nəticələri məhsulun buraxılmasını qadağan etmək üçün əsas deyildir.
Sertifikatlaşdırma ilə əlaqədar işlərin həyata keçirilməsi AZS Milli Sertifikatlaşdırma Sisteminin RS – 003-93 «Oxşar məhsulların sertifikatlaşdırma sistemi»ndə müəyyən edilmiş tələblərə, həmin sistemin 5-ci əlavəsində müəyyən edilmiş sertifikatlaşdırma sxemlərinə, həmçinin beynəlxalq normalara müvafiq olaraq həyata keçirilir. Belə ki, konkret məhsula (xidmətə) «uyğunluq sertifikatı»nın verilməsi sertifikatlaşdırma sxemlərində müəyyən edilmiş qaydada yəni, məhsulların sınaqlarının müsbət nəticələrinə, istehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılmasına əsaslanaraq:
-
sınaqları aparılmış nümunəyə və ya təcrübə sınaq partiyasına (1-ci,11-ci və 12-ci sxemlər);
-
ticarətdən götürülmüş nümunələrin sınağı əsasında (2-ci sxem);
-
istehsal müəssisəsindən götürülmüş nümunələrin sınağına əsaslanaraq (3-cü sxem);
-
həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqları əsasında (4-ci sxem);
-
istehsalatın sertifikatlaşdırılması və nümunələrin sınağı əsasında (5-ci, 6-cı 7-ci sxemlər);
-
beynəlxalq keyfiyyət sisteminin – 9000 seriyalı – tətbiq edilməsi əsasında (8-ci, 9-cu və 10-cu sxemlər).
Sertifikatlaşdırma ilə əlaqədar işlər, istehsala, idxala və ixraca müvafiq olaraq həyata keçirilir və müvafiq sertifikatlar verilir.
Verilən sertifikatların müddəti sertifikatlaşdırma sxemlərinə və məhsulun mahiyyətinə uyğun olaraq müəyyən edilir.
QEYD: İstehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılması əsasında verilən sertifikat məhsulun keyfiyyətliliyinə əminliyin ən yüksək formasıdır.
Sertifikatlaşdırmanın mümkün olan sxemləri
Sertifikatlaşdırma |
Sertifikatlaşdırmanın məcburi elementləri |
İnspeksiya nəzarətinin növləri |
Qeyd
|
Nümunənin sınaqları
|
Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması
və ya istehsalatın
attestasiyası
|
Sınaqlar |
Ticarətdən |
İstehsalçı müəssisələrdən |
Keyfiyyəti təmin edən sistemlərin elementlərinin dövri yoxlanması |
Partiyanın
|
Hər bir
məmulatın
|
Götürülən nümunələrin dövri sınaqları
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
1 №-li sxem |
x |
|
|
|
|
|
|
Sertifikat sınaqları aparılmamış nümünəyə verilir |
2 №-li sxem |
x |
|
|
|
x |
|
|
Bütün istehsal onunan məhsullar nişanlanır |
3 №-li sxem |
x |
|
|
|
|
x |
|
— |
4 №-li sxem |
|
|
|
|
x |
x |
|
— |
5, 6, 7 №-li sxemlər |
x |
x |
|
|
x |
x |
x |
Bütün istehsal onunan məhsullar nişanlanır. İstehsalatda attestat və ya keyfiyyət sisteminə uyğunluq sertifikatı verilir |
8, 9, 10 №-li sxemlər |
|
x |
|
|
|
|
|
Bütün istehsal onunan məhsullar nişanlanır. KS uyğunluq sertifikatı verilir |
11 №-li sxem |
|
|
x |
|
|
|
|
Sertifikatlaşdırma sınaqları keçirilmiş hər məhsul partiyasına sertifikat verilir |
12 №-li sxem |
|
|
|
x |
|
|
|
Sertifikat hər sınanmış məhsula verilir |
*5, 6, 7, 8, 9, 10 №-li sistemlərin bir-birindən fərqli İSO 9001-87-9008-87 BS ifadə olunmuş keyfiyyətin təminatı modellərinə uyğun olaraq məmulatın bütün mərhələlərini keyfiyyəti təmin edən sistemlə əhatə olunmasından ibarətdir.