Sertifikatlaşdırma üzrə orqan “AZSERTCENTER” məişət mallarının sertifikatlaşdırılmasını həyata keçirir. Bu prosses Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq normativ-hüquqi aktlar əsasında aparılır.
Uyğunluq sertifikatının olması müəssisənin fəaliyyətinin effektivliyini təsdiq edir, istehsal edilən məhsulların təhlükəsizliyinə və keyfiyyətinə zəmanət verir, təşkilatın daxili və xarici bazarda rəqabət qabiliyyətinin artmasını təmin edir.
Hal-hazırda bütün məişət avadanlıqları 2 qrupa bölünür:
məişətdə istifadə olunanlar və istifadəsi uzun müddətlik nəzərdə tutulanlar. Bunlar da öz növbələrində bir neçə kateqoriyaya bölünürlər. Birinci qrupa aşağıdakılar daxildir: dərman preparatları, kağız əsaslı məhsullar, batareykalar və lampalar, şəxsi gigiyena vasitələri, yuyucu vasitələr, plastmassdan düzəldilmiş məhsullar, kosmetik vasitələr.
İkinci qrupa isə bunlar daxildir: idman malları, qalantereya məhsulları, uşaq oyuncaqları, sanitar-texniki mallar, məişət texnikası, mebel və furnitura,
mətbəx avadanlıqları.
Sertifikatlaşdırma nə qazandırır?
Bu məhsulların sertifikatlaşması onların yararsız olmadıqlarını, insan sağlamlığı üçün zərərli olmadıqlarını göstərir. Bazarda şübhəli malın yaranmasının qarşısını alır. Hər bir idxalçı bunu həyata keçirməlidir və istehlakçı bunu bilməlidir.
Bundan başqa gündəlik tələbat məhsullarının sertifikatlaşdırılmasının digər müsbət cəhətləri də var. Məhsula dair sertifikat olduğu halda əgər hətta onda nasazlıq olduğu halda belə istehlakçı qanun qarşısında qorunumuş sayılır.
Yaranmış suallarla bağlı hər zaman Sizə yardım etməyə hazırıq.