Generator müxtəlif növ enerjinin çevrilməsi üçün istifadə olunan qurğudur. Generatorlar geniş istifadə sahəsi olan universal bir qurğudur, onlar tikinti meydançalarında, qəza hallarında ehtiyat enerji mənbəyi kimi, məişətdə geniş istifadə olunur. Özəl ev sahibləri üçün də generatorlar enerji təchizatı sisteminin ayrılmaz hissəsinə çevriliblər. Potensial təhlükəli bir qurğu sayılıdığına görə onlara dair yüksək tələblər qoyulur.
Generatorların sertifikatlaşdırılması AZSERCENTER tərəfindən aparılan xidmətlərdən biridir. Qoyulan tələblərə uyğunluğun təsdiqi proseduru generatorun tipindən və istifadə olunan yanacaqdan asılı olaraq dəyişir. Hal-hazırda ən geniş yayılmış qurğu növü dizel, benzin və qazla işləyənlərdir.
Standartlarla müəyyən edilmiş qaydalar üzərindən generatorlara sertifikat verilməsi formalaşır. Bütövlükdə prosedur oxşar mərhələlərlə aparılır, lakin qurğu tipindən asılı olaraq öz incəlikləri yer ala bilər. Ən çətin növ kimi qaz generatorları qalmaqdadır. Onların uyğunluğunun təsdiqi qaz qurğularının sertifikatlaşması sxeminə görə aparılır. İcazə sənədlərinin olması generatorların istifadəsinin mütləq şərtidir.
Gərginlik stabilizatorları mütləq sertifikatlaşmadan keçməlidir.
İstifadə sahəsindən asılı olaraq gərginlik stabilizatorlarının sertifikatlaşdırılması 2 varianta bölünür:
-
Sənaye stabilizatorlarının sertifikatlaşdırılması
-
Məişət və analoji stabilizatorların sertifikatlaşdırılması
Həmin sertifikatlaşma işlərini həyata keçirmək üçün nümunələrin sınağı aparılmalı və məhsulun istehsalı zamanı keyfiyyətə nəzarət proseslərinə düzgün riayət edildiyinə baxış keçirilməlidir.
Klapanların sertifikatlaşdırılması mütləq şəkildə yalnız milli AZS sistemində aparıla bilər. Sizin də məhsulun mütləq sertifikatlaşdırılmadan keçməli olub olmadığını bilmək üçün Bizə müraciət edə bilərsiz.
Bizim mütəxəssislər Sizə könüllü uyğunluq sertifikatı rəsmiləşdirməyə, ehtiyac olduğu halda məhsulun keyfiyyətinin təsdiqinə və ya mütləq sertifikata ehtiyac olmadığı halda bu işlərin aparılmasına kömək edəcəklər.