Sertifikatlaşdırma üzrə orqan “AZSERTCENTER” ətriyyat və kosmetika məhsullarının sertifikatlaşdırılmasını həyata keçirir. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq normativ-hüquqi aktlar əsasında aparılır.
Uyğunluq sertifikatının olması müəssisənin fəaliyyətinin effektivliyini təsdiq edir, istehsal edilən məhsulların təhlükəsizliyinə və keyfiyyətinə zəmanət verir, təşkilatın daxili və xarici bazarda rəqabət qabiliyyətinin artmasını təmin edir.
Son onillikdə bütün dünyada, o cümlədən bizim ölkədə ətriyyat və kosmetika məhsullarının istehlakı artmaqdadır. Çox vaxt keyfiyyətsiz və intensiv reklam istehlakçını yalnış məlumatla təmin edir. Buna görə də yeni kosmetik məhsulların müvafiq normativ sənədlərin tələblərinə uyğunluğu mütəxəssislər tərəfindən qiymətləndirilməlidir.