-
Əhalinin həyatı,sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq;
-
istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;
-
respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.
AZS Milli sertifikatlaşdırma sistemi bazar iqtisadiyyatına keçid dövrünün xüsusiyətlərini nəzərə alaraq bir neçə istiqamətdə aparılır:
-
sertifikatlaşdırma məsələlərinin tənzimlənməsi ehtimalını tək respublikada deyil, həmçinin hökümətlərarası müqaviləyə əsasən yaxın və uzaq xaricdə;
-
sertifikatlaşdırma qanunlarını pozan günahkar şəxslərin hüquqi məsuliyyıtini artırmaq.
AZS Milli sertifikatlaşdırma sistemi respublikada istehsal edilən və həmçinin ixrac olunan məhsulların (proseslərin, xidmətlərin) sertifikatlaşmasının əsasını qoyur.
ASZ Milli sertifikalaşdırma sistemi İSO-BEK sənədlərinə, beynəlxalq İSO 9000 seriyalı standartlarda və standartlaşmanın əsasını təşkil edən hökümətlərarası sənədlərə istinad edərək mövcud olan beynəlxalq norma və qanunlar əsasında qurulur.