Həm sürücülər, həm də piyadalar üçün avtotransport vasitələri təhlükə mənbəyidir. Və əksər hallarda yol qəzaları avtomobil hissələrinin keyfiyyətsiz istehsalı ücbatından baş verir, çünki istifadə zamanı onların üzərinə qoyulan yükü qaldıra bilmirlər. Buna görə də istehsalçılar üçün ehtiyat hissələrinə sertifikat almaq olduqca vacibdir, həmçinin alıcılar üçün də bu sənədin varlığını yoxlamaq önəmlidir.
-
Ehtiyat hissələri aşağıdakı siniflərə bölünür:
-
Mühərrik və avtomobili soyutma sistemi;
-
Qazayırıcı sistemin hissələri;
-
Ban hissələri: (yük yeri, bamper, qapı, kapot,şüşələr);
-
Yanacaq vermə sistemi (benzin bakı və nasos);
-
əyləc sistemi;
-
Elektrik hissələri (lampalar, xəttlər, rele, şamlar, faralar).
Ehtiyat hissələri üçün tələb olunan mütləq sertifikat. Hal-hazırda mütləq sertifikat uyğunluq sertifikatı və ya deklarasiya şəklində formalaşır, hər iki sənəd texniki şərtlərin tələblərinə cavab verməlidir. Həmçinin bu iş ehtiyat hissəsi gərəkən texniki vasitənin də sertifikatı olub olmamasından asılıdır.Ehtiyat hissələri bizim ölkənin sərhədini keçdikdə əgər sertifikatın sürəti təqdim edildiyi halda gömrük baxışı zamanı sertifikat tələb olunmur. Digər hallarda partiyaya sertifikat almaq lazımdır və burada sərhədi keçən hər bir hissə qeydə alınır. Sözsüz ki, ən nəqliyyat vasitəsinin təhlükəliliyinə birbaşa təsir edən hissələrə sertifikat alınması mütləqdir. Sertifikat yalnız sınaq protokolu olduğu halda rəsmiləşdirilə bilər. Buna görə də sertifikatlaşdırılma mərkəzinə və ya laboratoriyaya müraciət edərkən sınaq aparılması üçün bir neçə nümunə təqdim etmək lazımdır. Könüllü şəkildə sertifikatın alınması. Malın rəqabət gücü onun istehsalçısı üçün önəmlidir. Könüllü şəkildə məhsula uyğunluq sertifikatı almaq bu rəqabət gücünü daha da artırır. Bu prosesi həyata keçirmək üçün bizim orqana müraciət edə bilərsiniz.