Xidmətlərin sertifikatlaşdırılması

AZS sistemində xidmətlərin sertifikatlaşdırılması təsdiq edir ki, müəssisə tərəfindən göstərilən xidmətlər milli standartların norma və tələblərinə cavab verir.

Xidmətin sertifikatlaşdırılması sizə aşağıda qeyd olunan imkanları yaradır:
• Xidmətin keyfiyyətini və təhlükəsizliyini təsdiq etmək;
• Dövlət tenderlərində iştirak etmək;
• Müştərilər və investorların etibarını artırmaq;
• Bazarda şirkətin nüfuzunu möhkəmləndirmək.
Azərbaycanda xidmətlərin sertifikatlaşdırılması tək milli standartlar üzrə deyil, həm də ISO beynəlxalq sisteminin çərçivəsində həyata keçirilə bilər.
Xidmətlərin sertifikatlaşdırılması üzrə mərhələlər
• Ərizənin təqdim edilməsi.
• Sertifikatlaşdırma sxeminin müəyyən edilməsi.
• Təklif olunan xidmətlərin standartlara uyğunluğunun qiymətləndirilməsi
• Xidmətlərin tələblərə uyğunluğu və ya uyğunsuzluqlarına dair qərarların qəbul edilməsi
• Sertifikatın rəsmiləşdirilməsi.
Xidmətlərin sertifikatlaşdırılması üçün tələb olunan sənədlər
• VÖEN, DQN;
• göstərilən xidmətlər haqqında məlumatın təqdim edilməsi
• xidmətlərin göstərilməsi zamanı istifadə olunan standartların siyahısı;
• ərizə-sifariş